Rusiya türkiyəli turistləri geri qaytarır

Rusiya türkiyəli turistləri geri qaytarır
  • DÜNYA

Rusiyaya səfər edən Türkiyə vətəndaşları ilə bağlı problem davam etməkdədir.
APA-nın”Milliyet”ə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında 15 nəfərlik qrup Moskva hava limanından “Aeroflot”la geri göndərilib. Onlardan bəziləri əşyalarının Rusiya gömrüyündə itdiyini açıqlayıb. Turistlər 20 saata yaxın havalimanında ac-susuz saxlanılıblar. Qaytarılan qrup arasında pasportunda işçi vizası olanlar da var.

Xatırladaq ki, ötən gün Rusiyanın Krasnodar vilayətində sərgiyə dəvət olunan 60 nəfərlik türkiyəli qrup saxlanılıb. Bir günlük həbsdən sonra bu gün məhkəməyə çıxarılan biznesmenlərin Soçi şəhərindəki düşərgəyə göndəriləcəkləri bildirilir.

Xəbər 394 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR