Rusiya və Suriya Türkiyə ilə sərhəddə hərbi baza yaradıb.
Aktual.az xəbər verir ki, bu barədə "Türkiyə” qəzeti məlumat yayıb.
Bildirilib ki, hərbi baza PKK terror qruplaşmasının "Kobani” olaraq adlandırdığı Ayn əl-Ərəb bölgəsində yerləşir.
Hərbi bazada Rusiya ilə yanaşı, Suriya rejiminin hərbçiləri də xidmət edəcək.
Mütəxəssislər atılan addımı Türkiyə üçün uyğun hesab edirlər. Bu, Suriya ilə normallaşma prosesinin tərkib hissəsi kimi qiymətləndirilir.
Xəbər 151 dəfə oxunub.