Tanqanroq limanında Türkiyəyə məxsus "Lira" gəmisi həbs edilib.
Rostov Arbitraj Məhkəməsinin qərarı ilə "Lira" gəmisinin həbs edilməsi barədə qərar çıxarılıb.
Aktual.az moderator.az-a istinadən bildirir ki, buna səbəb gəminin Kerç körfəzində çəkilən körpünün köməkçi dayaq dirək konstruksiyasına toxunaraq onu əyməsi olub. Məhkəmənin qərarına əsasən, gəminin məxsus olduğu şirkət dəyən ziyanı ödəyənə kimi gəmi limanda qalmalı olacaq.
Qeyd edək ki, "Turkuaz Shipping Corp"-a məxsus gəmi quru yükdaşıyan gəmi Panama bayrağı altında üzüb. Gəminin kapitanı Türkiyə vətəndaşıdır.