Rəsmi Ankara Türkiyə səmasında Rusiyaya məxsus "Su-24" təyyarəsinin məhv edilməsi ilə bağlı yeni istintaqa başlaya bilər.
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak deyib.
Onun sözlərinə görə, bu addım Türkiyə-Rusiya münasibətlərinin tezliklə normallaşmasını təmin edə bilər.