​Rusiya təyyarəsi Türkiyənin hava məkanında uçacaq

​Rusiya təyyarəsi Türkiyənin hava məkanında uçacaq
  • DÜNYA

Rusiyanın "An-30B" tipli təyyarəsi fevralın 1-5-də Türkiyənin hava sahəsində müşahidə uçuşu aparacaq.


Aktual.az Report-a istinadən xəbər verir ki, bu haqda Rusiya Nüvə Riskinin Azaltma Milli Mərkəzinin sədri Sergey Rıjkov bildirib.

Məlumata görə, müşahidə uçuşu Türkiyənin Əskişəhər hava limanından havaya qalxacaq. Təyyarədəki türk pilotlar isə uçuşa nəzarət edəcək, istifadə edilən alətləri yoxlayacaqlar.

Xəbərə əsasən, təyyarə 1900 metr yüksəklikdən uçacaq.

Qeyd edək ki, dekabrda da Rusiya təyyarələri üç günlük uçuş ediblər. Dekabrın 18-dək davam edən uçuşlar ölkənin qərbindən, Ərzurumdan havaya qalxıb, 1500 metr yüksəklikdə uçub. Uçuşlar Türkiyə tərəfinin müəyyən etdiyi marşrut istiqamətində həyata keçirilir

Xatırladaq ki, 1992-ci ildə ATƏT-ə üzv olan 27 dövlət "Açıq Hava Sahəsi Müqaviləsi"ni imzalayıb. Rusiya bu müqaviləni 2001-ci ilin mayın 26-da təsdiqləyib.

Onu da qeyd edək ki, Türkiyə Rusiyaya məxsus "Su-24" təyyarəsinin yanvarın 29-da ölkənin hava məkanını pozmaqda ittiham edib.

Xəbər 436 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR