"Ural Hava Yolları”na məxsus sərnişin təyyarəsi Tacikistan Nəqliyyat Nazirliyinin qadağasına baxmayaraq Krasnodardan Düşənbəyə yola düşüb.
AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Krasnodar-Düşənbə reysi səhər saatlarında yolda düşüb. Ötən gün "Ural Hava Yolları” bəyan edib ki, Rusiyanın dörd şəhərinə - Krasnodar, Ufa, Çelyabinsk, Krasnoyarska uçuş həyata keçirilməyəcək. Bu addım tacik hava yollarına məxsus Somon Air şirkətinin Rusiyanın bütün şəhərlərinə uçuşu qadağan etməsindən sonra atılıb.
Rusiya Nəqliyyat Nazirliyi Somon Air şirkətinin təyyarələrinin Moskva, Sankt-Peterburq şəhərləri də daxil olmaqla Rusiyanın bütün regionlarına uçuşlarını dayandırıb.
Aktual.az Xəbər 270 dəfə oxunub.