Hazırda neft bazarının sərt balanslaşdırılması prosesi gedir.
Aktual.az Axar.az-a istinadən bildirir ki, bunu Rusiya maliyyə naziri Anton Siluanov söyləyib. Onun sözlərinə görə, dünyada neftin qiymətinin düşməsi prosesi bundan sonra da davam edəcək:
"Biz təcili olaraq büdcə strategiyasını dəyişməliyik. Nazirliklər və qurumlar gərək özlərinin xərclərini 10% azaltsınlar. Dövlət şirkətləri öz büdcələrini yeni iqtisadi reallıqlara uyğunlaşdırmalıdırlar".