Rusiya Suriyanı bombaladı - 9 ölü, 24 yaralı

Rusiya Suriyanı bombaladı   - 9 ölü, 24 yaralı
  • DÜNYA

Suriyanın Hələb şəhərinin Azez rayonu Rusiyaya məxsus hərbi təyyarələrdən bomba atəşinə tutulub. 

Aktual.az-ın ans press-ə istinadən məlumatına görə, ötən gecə saat 23:00 ilə 01:00 radələrində Suriyanın Azez rayonunun Hareten ilə Azaden kəndlərinin bombardımanı nəticəsində 9 nəfər həyatını itirib, 24 nəfər isə ağır yaralanıb.

Azez rayonunda elektrik olmadığından suriyalı yaralıları müalicə etməkdə çətinliklər yaranıb. Bundan sonra 8 yaralı Türkiyə-Suriya sərhəddinə gətirilərək, Kilis dövlət xəstəxanasına aparılıb. Kilisə gətirilən yaralılardan vəziyyəti daha ağır olanlar ətraf rayonlara göndərilib. 

Aktual.az

Xəbər 305 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR