Rusiya Suriyada quru əməliyyata başlaya bilər

Rusiya Suriyada quru əməliyyata başlaya bilər
  • DÜNYA

Noyabrın 20-də Rusiya Dövlət Dumasının Federasiya Şurası ilə birgə iclasında Rusiya ordusunun Suriyada quru əməliyyata başlaması imkanları nəzərdən keçiriləcək.
Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu “Ura.ru” saytına “Vahid Rusiya” partiyasının yüksək vəzifəli nümayəndəsi deyib.

Bununla belə o, müzakirələrin formatı ilə bağlı detalları açıqlamayıb.

Suriyada quru əməliyyata başlanılması ideyasını digər partiyalar da dəstəkləməyə hazırdır. Rusiya Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının üzvü Vladimir Taskayev məsələnin müzakirəsinin artıq yetişdiyini bildirərək İŞİD-in qanunsuz neft alverindən məhrum edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, deputatların əksəriyyəti Suriyaya qoşun yeridilməsi ideyasını dəstəkləyəcək.

Qeyd edək ki, bu gün Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin prezident Vladimir Putinlə görüşü gözlənilir. Görüşdə həmin məsələnin müzakirə olunacağı istisna deyil.

Xəbər 422 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR