Rusiyanın Hərbi Hava Qüvvələri Suriyada Xoms şəhərinə ilk avizərbələr endirib.
Bu barədə CNN mənbəyə istinadla məlumat yayıb.
Hazırda Rusiya yeganə ölkədir ki, Suriyada legitim əsasla əməliyytlar həyata keçirir.
Qeyd edək ki, bu gün səhər Rusiyanın Federasiya Şurası Hərbi Hava Qüvvələrinin Suriyada istifadə olunmasına razılıq verib. Bu qərarı senatorların hamısı yekdilliklə dəstəkləyiblər.
Rusiya prezidentinin Administrasiyasının rəhbəri Sergey İvanovun sözlərinə görə, Rusiya Hərbi Hava Qüvvələrini İŞİD yaraqlıları ilə mübarizədə istifadə edəcək. Yerüstü əməliyyatlardan söhbət getmir.\oxuaz
Aktual.az