Rusiya Suriya məsələsi üzrə nə ABŞ-a, nə də Türkiyəyə güzəştə getməyəcək.
Bunu Trend-ə İsralin "Nativ" xüsusi xidmət orqanının sabiq rəhbəri, diplomat Yakov Kedmi deyib.
Y.Kedmi bildirib ki, Rusiya və Türkiyə arasında çətin əlaqələr ziddiyyətlərlə doludur: "Hər iki ölkənin Avropa ilə ümumi problemləri, iqtisadi maraqları var. Lakin Türkiyə NATO-nun üzvüdür".
Y.Kedmi qeyd edib ki, Rusiya Bəşər Əsədi dəstəkləyir, kürdlərə rəğbət bəsləyir və dünyəvi Suriyanın tərəfdarıdır: "Eyni zamanda, Türkiyənin Suriyada öz maraqları var. Bununla belə, Türkiyə və Rusiya Suriayaya təsir etmək istəyirlər".
Ekspert əlavə edib ki, Rusiyanın üzr istəməsinə baxmayaraq, Türkiyə öz hava məkanının Rusiya təyyarələri tərəfindən qəsdən pozulmasına kəskin reaksiya göstərdi: "Rusiya Türkiyə aviasiyasının Suriya, o cümlədən kürdlərin kompakt yaşadığı rayonlar üzərində uçuşunun qarşısını almaq üçün ölkənin hava məkanını bağlayıb. Moskva və Ankaranın əlaqələrinin gələcək inkişafı Prezident Rəcəb Tayyib Ərdoğandan və onun impulsiv deyil, məntiqi və Türkiyə maraqlarına uyğun davranmaq qabiliyyətindən asılı olacaq".