Rusiya Federasiyasının dövlət sərhədini qanunsuz keçərək bu ərazidə məskunlaşan xarici vətəndaşlara qarşı cinayət işi açılıb, istintaq aparılır.
Aktual.az virtualaz-a istinadən bildirir ki, onların arasında 31 yaşlı azərbaycanlı da var. Onun barəsində RF CM-nin 322-ci (dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaqın gəldiyi nəticəyə görə, 2016-cı ilin fevralında miqrasiya qanunvericiliyinin pozulması ilə əlaqədar Voloqda şəhər məhkəməsinin qərarına əsasən, ittiham edilən şəxslərin 2021-ci ilə qədər Rusiyaya girişi qadağan ediləcək.
Bu ilin aprel ayında Rusiya ərazisinə girişi qadağan olunmuş Gürcüstan vətəndaşına xəbərdar edilməsinə baxmayaraq, onun sərhədi qanunsuz keçməklə Voloqda şəhərində yaşadığı məlum olub.
Cinayət işinin istintaqı Voloqda əyaləti üzrə istintaq bölməsi tərəfindən araşdırlır. İstintaq yekunlaşdıqdan sonra cinayət işi üzrə materiallar araşdırılması üçün məhkəməyə təqdim olunacaq.