Aktual.az apa-ya istinadən xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayışda 7 nəfər ölüb, 25 nəfər yaralanıb.
Bu barədə Kabilin polis rəisi Əbdül Rəhmən Rəhimi məlumat verib.
Terror hücumunun əsas hədəfi Əfqanıstanın "TOLONews" telekanalının əməkdaşlarının olduğu avtobus olub.
---------
Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib. Hadisə Rusiya səfirliyinin qarşısında qeydə alınıb.
Əfqanıstanın Daxili İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, səfirliyin qarşında dayanan maşın partladılıb. Nazirlik hədəfin Rusiya səfirliyi olub-olmadığının hələlik müəyyən edilmədiyini qeyd edib.
Partayışda ölənlərin olduğu bildirilir.
Aktual.az