Rusiya səfirliyinin əməkdaşı Bakıda qəza törətdi

Rusiya səfirliyinin əməkdaşı Bakıda qəza törətdi

Bakıda səfirlik əməkdaşı qəza törədib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu Tbilisi prospekti 1 saylı ünvanın qarşısında baş verib.
Rusiya vətəndaşı, Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşı 1991-ci il təvəllüdlü Vuyan Aleksandr Aleksandroviç idarə etdiyi, səfirliyə məxsus "Nİssan Primera" markalı AZ 004 D 032 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Əhmədov Nicat Rüstəm oğlunun idarə etdiyi "Saipa" markalı 50 DK 326 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 685 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR