“Rusiya səfiri XİN-ə çağrılmalıdır”

“Rusiya səfiri XİN-ə çağrılmalıdır”

Qüdrət Həsənquliyev: "Rusiyadan ölkələrimiz arasında imzalanmış sənədləri dəyərsiz kağız parçasına çevirən, Rusiyaya tərəfdaşları və qonşuları arasında etbarsız və qanla oynayan qorxulu ölkə imici qazandıran təxribatçı davranışlardan çəkinmək tələb olunmalıdır.

Aktual.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Bürüssel görüşünün nəticələrinə və Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına münasibətinizi bilmək istərdik.


- Bürüssel görüşü Şarl Mişelin növbəti, əvvəlkilərdən ciddi fərqlənməyən bəyənatı ilə yadda qaldı. Onun səsləndirdiklərini özündə əks etdirən heç bir rəsmi sənəd imzalanmadı. Ona görə də bu tipli görüşlərdən ciddi nəticələr gözləməyə dəyməz. Rusiya XİN-in açıqlamasına gəldikdə onu deyə bilərəm ki, Rusiya bölgədə sülhün olmasını istəmədiyini, iki qonşu xalq arasında qanlı qarşıdurmanın davam etməsində maraqlı olduğunu növbəti dəfə açıqladı.

- Azərbaycan Rusiya XİN-in bəyənatını pisləyən açıqlama verməkdən başqa daha nəsə edə bilərmi?

- Rusiyanın səfiri XİN-ə çağırılmalı, Azərbaycanın atacağı addımlar barədə ona geniş məlumat verilməli, Rusiyadan ölkələrimiz arasında imzalanmış sənədləri dəyərsiz kağız parçasına çevirən, Rusiyaya tərəfdaşları və qonşuları arasında etbarsız və qanla oynayan qorxulu ölkə imici qazandıran təxribatçı davranışlardan çəkinmək tələb olunmalıdır. Azərbaycan müttəfiqləri və tərəfdaşları ilə müzakirələr aparmalı, peşəkar, yüksək döyüş qabiliyyətli ordu quruculuğu istiqamətində təxirəsalınmaz addımlar atılmalı, orduya müasir silahlar alınması üçün Neft Fondundan böyük məbləğdə vəsait ayrılmalı, ən başlıcası Qarabağın işğalına son qoyulması üçün ciddi hazırlıq işlərinə başlanılmalıdır. Azərbaycan nümayiş etdirməlidir ki, təxribatçı açıqlamalarla onu qorxutmaq olmaz. Biz rəsmən bəyan etməliyik ki, 2025-ci ildə Rusiya sülhməramlılarının Azərbaycanda olma müddəti uzadılmayacaq və həmin tarix sülh danışıqları üçün son müddətdir. Bu tipli mövqe ortaya qoya bilməyəcəyiksə və möcüzə baş verməyəcəksə danışıqlar sonsuzluğa qədər davam edəcək.

Xəbər 962 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR