Rusiyada avronun bahalaşması davam edir.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, Moskva birjasında hərraclar zamanı avronun məzənnəsi 84,07 rubla qədər yüksəlib. Bununla avro əvvəlki hərracların bağlanması səviyyəsi ilə müqayisədə 1,46 rubl bahalaşıb.
Qeyd edək ki, Rusiyada avro 2014-cü ilin dekabrından etibarən ilk dəfə bu həddə yüksəlir.
Dolların məzənnəsi isə 1,01 rubl bahalaşaraq 77, 06 rubl dəyərində qərarlaşıb.