Polşanın xarici işlər naziri Radoslav Sikorski ümid edir ki, NATO və ABŞ mövqelərini dəyişəcək və müttəfiqlərin hava hücumundan müdafiə qüvvələrinə Ukrayna ərazisi üzərində Rusiya raketlərini vurmağa icazə verəcək.
Aktual.az xəbər verir ki, bu açıqlama ilə Polşa Xarici İşlər Nazirliyinin nümayəndəsi Pavel Vronski çıxış edib.
O bildirib ki, Sikorskinin müttəfiq qüvvələrin Polşa istiqamətində uçan Rusiya raketlərini Ukrayna üzərində vurmasının zəruriliyi ilə bağlı şəxsi fikri artıq məlumdur.
Eyni zamanda, nümayəndə vurğulayıb ki, hələ də qəti olduğu mövqeyə görə polşalı nazir NATO daxilində dəfələrlə tənqid olunub.
Xəbər 79 dəfə oxunub.