Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanın qeyri-demokratik dövlət olub-olmadığı sualına cavab verməkdən imtina edib.
Aktual.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Simonyan sualı yersiz adlandırıb və ona cavab verməkdən imtina edib.
Eyni zamanda, parlamentari Moskvaya səfəri zamanı Rusiya tərəfindən irəli sürülən hibrid təhdidlər barədə müzakirə apardığını bildirib:
"Dedim ki, onlar Ermənistanda hərbi əməliyyat keçirmək barədə danışırlar. Hər şeyi açıq şəkildə dedim. Həmişəki kimi, cavab verdilər ki, belə bir şey yoxdur, sadəcə fərdlər danışır. Mənə bunda maraqlı olmadıqlarını dedilər. Onları nəyin narahat etdiyini dedilər və hətta seçkidə bizə uğurlar arzuladılar”.
Simonyan onu qeyd edib ki, rəsmi dairələrin və medianın, o cümlədən dövlət mediasının münasibəti çox fərqlidir.
Qeyd edək ki, Paşinyan komandasının ən antirus kadrı sayılan Simonyan 4-7 fevral tarixlərində Rusiyada səfərdə olub.
Xəbər 64 dəfə oxunub.