Rusiya qətldə ittiham olunan azərbaycanlını Ukraynaya verdi

Rusiya qətldə ittiham olunan azərbaycanlını Ukraynaya verdi

Rusiya Ukraynada qətldə ittiham olunan azərbaycanlını bu ölkəyə ekstradisiya edib. 

Aktual.az APA-ya istinadən xəbər verir ki, tay boksu üzrə Avropa çempionu, odessalı idmançı Sergey Laşşenkonu öldürməkdə şübhəli bilinən 24 yaşlı Babək Dəmir oğlu Həsənov Odessaya göndərilib. O, barəsində məhkəmə hökmü çıxarılana qədər istintaq təcridxanasında saxlanılacaq.
 
B.Həsənov 2015-ci ilin aprelində xəstəxanada müalicə alan S.Laşşenkonu travmatik silahdan atəş açaraq qətlə yetirməkdə şübhəli bilinir. Rusiyaya qaçan B.Həsənov 2015-ci ilin oktyabrında Sankt-Peterburqda saxlanılıb. Bundan sonra onun Ukraynaya ekstradisiyası ilə bağlı prosedurlar başlayıb. 
 
Aktual.az 
Xəbər 824 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR