Rusiya prezidenti İranda səfərdədir

Rusiya prezidenti İranda səfərdədir
  • DÜNYA

Rusiya prezidenti Vladimir Putin Təbii Qaz İxrac edən Ölkələrin Forumunda iştirak etmək üçün İrana bir günlük işgüzar səfər edib.

Aktual.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Rusiya liderinin səfər çərçivəsində İranın ali lideri ayətullah Seyid Əli Xamenei, ölkə prezidenti Həsən Ruhani və forumda iştirak edən başqa dövlətlərin rəhbərləri ilə görüşəcəyi gözlənilir.

Qeyd edək ki, Vladimir Putin axırıncı dəfə 2007-ci ildə İranda səfərdə olub.

Xatırladaq ki, Tehranda Təbii Qaz İxrac edən ölkələrin üçüncü toplantısı keçirilir. Forum 2008-ci il dekabrın 23-də Moskvada təsis edilib. Qurumun qərargahı Qətərin paytaxtı Dohada yerləşir. Təşkilatda Boliviya, Venesuela, Birləşmiş Ərəb Əmirliyi, Əlcəzair, Misir, Ekvatorial Qvineya, Liviya, Nigeriya, Trindad və Tobaqo, Qətər, İran və Rusiya təmsil olunur.

Hollandiya, Norveç, İraq, Oman və Peru isə forumun müşahidəçi ölkələridir. Tehran toplantısında Azərbaycana da müşahidəçi statusu verilib.

Xəbər 255 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR