Ədliyyə Nazirliyi məlumat yaydı.
Rusiyanın Ədliyyə Nazirliyində Yeqor Şerbakovun ölümünə görə məhkum edilən Orxan Zeynalovun Azərbaycana ekstradisiyasına hazırlıq işləri getməsinə dair məlumatı təkzib edib.
Daha öncə müvafiq informasiya Azərbaycan KİV-də yayılmışdı. Onların məlumatına əsasən Zeynalovun cəzasını vətəndə çəkməsi üçün ekstradisiya olunması planlaşdırılırdı.
“İndiyə qədər Rusiya Ədliyyə Nazirliyinə Orxan Zeynalovun Rusiyadan Azərbaycana gətirilməsinə dair xahiş daxil olmayıb. Bununla əlaqədar Rusiya Ədliyyə Nazirliyi tərəfindən cari məsələyə baxılmır”, - Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Zeynalov Yeqor Şerbakovun qətlinə görə, 17 il həbs cəzası alıb. İstintaqın versiyasına görə, Zeynalov sərxoş vəziyyətdə mənasız bir səbəb üzündən Şerbakov ilə mübahisə edib və dava zamanı onu öldürüb.
Hökm oxunduqdan sonra Zeynalovun cəzasının vətəndə çəkməyə ümid etməsinə dair məlumat yayılmışdı\oxuaz
Aktual.az