Rusiya ordusunun səmərəli işi Ukrayna rəhbərliyini inandırmalıdır ki, danışıqları sonradan aparmaqdansa, bunu indi etmək daha yaxşıdır.
Aktual.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiyanın hücumu zamanı ərazi itirdikcə Ukrayna Prezidenti Vladimir Zelenskinin qərar qəbuletmə məkanı daralır:
"Bu, hətta müharibə ilə bağlı deyil. Bu, Zelenskini məsələni sülh yolu ilə həll etməyə məcbur etməyin bir yoludur. Davam etmək onlar üçün təhlükəlidir. Rejim məsuliyyətli bir qərar verməli, bunu indi etməli və məsuliyyəti qəbul etməlidir”.
Xəbər 116 dəfə oxunub.