"İndi mətbuatda müxtəlif məlumatlar yayılır".
Rusiya Nəqliyyat Nazirliyi bu ölkəyə məxsus təyyarənin guya terrorçular tərəfindən buraxılmış zenit raketi ilə vurulduqdan sonra qəzaya uğraması barədə mətbuatda yayılan məlumatları təkzib edir.
Aktual.az-ın Oxu.az-a istinadən məlumatına görə, bu barədəRusiyanın nəqliyyat naziriMaksim Sokolovaxəbər yayıb.
"İndi müxtəlif KİV-də müxtəlif məlumatlar yayılır ki, Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan təyyarə guya terrorçuların buraxdığı zenit raketi ilə vurulub. Bu məlumat həqiqətə uyğun hesab edilə bilməz", - deyə, o, bildirib.
Qeyd edək ki, bundan əvvəl mətbuatda terrorçu İŞİD qruplaşmasının Airbus 321 təyyarəsinin qəzaya uğramasına görə məsuliyyəti öz üzərinə götürdüyünü bəyan etməsi barədə məlumat yayılmışdı.
Aktual.az