Rusiya sülhməramlılarının Qarabağdakı komandanlığı Laçın dəhlizi ərazisində vəziyyətin sabitləşdirilməsi üzrə danışıqları davam etdirir.
Aktual.az xəbər verir ki ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
"2022-ci il dekabrın 13-də Rusiya sülhməramlılarının komandanlığı 7 saylı müşahidə məntəqəsi ərazisində vəziyyətin sabitləşdirilməsi və Stepanakert-Qoris (Rusiya MN növbəti dəfə Azərbaycan toponimlərini təhrif edib, yenə də "Dağlıq Qarabağ”, "Stepanakert” yanlışlıqlarına bilərəkdən yer verib-red.) avtomobil yolunun blokunun açılması üçün Azərbaycan və Ermənistan tərəfləri ilə danışıqlar prosesini davam etdirib”-məlumatda əlavə olunur.
Qeyd edək ki, Azərbaycan rəsmən bəyan edib ki, Laçın yolunu bağlamayıb və yol Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş hərbi kontingeti bağlayıb.(musavat)
Xəbər 235 dəfə oxunub.