Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Ermənistan və Azərbaycan müdafiə nazirləri ilə təcili telefon danışıqları aparıb.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib. Nazirliyin məlumatına əsasən, RF-nın Müdafiə Nazirliyi bu regionu daima diqqət mərkəzində saxlayır.
“Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu həmkarları – Ermənistan müdafiə naziri Seyran Ohanyan və Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə münaqişə zonasında vəziyyətin sabitləşdirilməsi üzrə təxirəsalınmaz tədbirlərin zəruriliyi haqqında təcili telefon danışıqları aparıb”, - deyə məlumatda qeyd olunur.