Rusiya hökumətinin Qanunvericilik Komitəsi Daxili İşlər Nazirliyinin əcnəbilərin müvəqqəti yaşayış icazəsi və daimi yaşayış icazəsi alması üçün tələbləri sərtləşdirən qanun layihəsini təsdiqləyib.
Aktual.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, qanun ərizəçilərdən cinayət qeydinin olub-olmaması barədə arayış təqdim etməyi, əgər varsa, onu göstərməyi tələb edir:
"Bu tələb 14 yaşdan kiçik uşaqlara və ya müvəqqəti yaşayış icazəsi üçün müraciət edərkən artıq arayışın təqdim edildiyi hallara şamil edilmir. Bundan əlavə, cinayətin ağırlığından və törədildiyi ölkədən asılı olmayaraq, bağlanmamış cinayət qeydi müvəqqəti yaşayış icazəsinin və ya yaşayış icazəsinin rədd edilməsi və ya ləğvi üçün əsas olacaq. Oxşar dəyişikliklər "Vətəndaşlıq haqqında” qanuna da təklif olunur: hər hansı aktiv cinayət qeydi vətəndaşlıqdan məhrumedilmə ilə nəticələnə bilər”.
Xəbər 56 dəfə oxunub.