Rusiya məscidləri bombalayacaq?

Rusiya məscidləri bombalayacaq?

"İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) silahlıları Rusiyanın aviazərbələrindən məscidlərdə gizlənirlər.

Bu barədə Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov məlumat verib.

"Bu gün bizdə terrorçuların məscidlərdə gizlənməsinə dair məlumat var. Bizdə terrorçuların öz texnikalarını məscid ətrafında gizlətmələrinə dair məlumatlar və videogörüntülər var", - deyə Antonov bildirib.

O qeyd edib ki, Rusiya qeyri-hərbi obyektlərə heç vaxt zərbə endirməyəcək.

"Onlar bizim məscidlərə diqqətlə, hörmətlə yanaşdığımızı bilərək yaxşı başa düşürlər ki, biz heç vaxt heç bir halda qeyri-hərbi obyektlərə zərbə endirməyəcəyik", - deyə nazir müavini qeyd edib\report

Xəbər 624 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR