Rusiya məhkəməsi Azərbaycan vətəndaşına 21 il həbs cəzası verdi

Rusiya məhkəməsi Azərbaycan vətəndaşına 21 il həbs cəzası verdi

Rusiyada adam öldürməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Elnur Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, məhkəmənin E. Quluyevi cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməklə 21 il müddətinə azadlıqdan məhrum etməsi haqqında hökmü Rusiya Ali Məhkəməsi tərəfindən təsdiqlənib və hökm qüvvəyə minib. 
Qeyd edək ki, qətl hadisəsi ötən ilin oktyabrın 25-də baş verib. Azərbaycan vətəndaşı Elnur Quliyev "Bolşıye İsadı" bazarında aralarında yaranış münaqişə zəminində qızıl alveri ilə məşğul olan qadını və onunla qadın arasında vasitəçi olan bir kişini "Kalaşnikov" markalı avtomatla güllələyərək öldürüb. O, hadisə yerindən qaçıb. 


Aktual.az 
Xəbər 630 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR