Rusiya Kursk vilayətinə əlavə qüvvə və zirehli texnika daşıyır.
Aktual.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Bildirilir ki, əraziyə göndərilən hərbi texnikaya BM-21 Qrad reaktiv yaylım atəş sistemləri, yedəyə alınmış artilleriya qurğuları, tanklar, ağır tırtıllı maşınlar, "Ural” və "KamAZ” maşınları daxildir.
"Zvezda” kanalı isə daşınan texnikanın görüntülərini paylaşıb.
Qeyd edək ki, Ukrayna ordusu 6 avqustda Kursk vilayətinə hücum edib və 20-dən çox yaşayış məntəqəsini ələ keçirib. Hazırda ərazidə şiddətli döyüşlər gedir.
Xəbər 336 dəfə oxunub.