Rusiyanın Müdafiə Nazirliyi Kuba və Vyetnamda hərbi bazaların bərpası məsələsi üzərində işləyir.
Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini Nikolay Pankov məlumat verib.
Nazir müavini eyni zamanda qeyd edib ki, bu məsələ ilə bağlı başqa məlumat verə bilməz.
Amma rəhbərlik bu ölkələrdə fəaliyyət göstərən hərbi bazaların ləğvi ilə bağlı qəbul edilmiş qərarı da yenidən gözdən keçirəcək.