Rusiya klubu azərbaycanlı futbolçu ilə müqavilə bağlayıb

Rusiya klubu azərbaycanlı futbolçu ilə müqavilə bağlayıb

Rusiyanın "Krılya Sovetov" klubu əslən azərbaycanlı futbolçu Azər Əliyevlə müqavilə bağlayıb.

Aktual.az  "report"a istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi 1 illik anlaşmaya imza atıb. Əliyev 10 nömrəli formanı geyinəcək. O, Samara təmsilçisinin rəsmi saytına açıqlamasında "Krılya Sovetov"a keçməsindən məmnunluğunu dilə gətirib: "İstərdim ki, komandamız oyunu və yaxşı nəticələri ilə azarkeşləri sevindirsin. Qarşımızda duran vəzifəni də anlayıram. Onu yerinə yetirmək lazımdır".

Hazırda Serbiyada təlim-məşq toplanışında olan "Krılya Sovetov" yerli "Dunav" komandası ilə yoxlama matçı keçirib. Əliyev artıq 7-ci dəqiqədə hesabı açıb. Görüş isə samaralıların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Qeyd edək ki, Azər Əliyev ötən mövsümü I Divizionda çıxış edən "Yenisey"də "Krılya Sovetov"un hazırkı baş məşqçisi Andrey Tixonovun rəhbərliyi altında keçirib. Krasnoyarsk təmsilçisi Premyer Liqaya yüksəlməyə yaxın olsa da, "pley-off" matçlarında Tula Arsenal"ına uduzub. Samara komandası isə yüksək liqanı tərk edib.
 
Aktual.az 
Xəbər 533 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR