Rusiya Kiyevdə “Azadlıq Radiosu”nun binasını vurdu

Rusiya Kiyevdə “Azadlıq Radiosu”nun binasını vurdu
  • DÜNYA

Rusiyanın raket hücumları nəticəsində "Azadlıq Radiosu”nun Kiyev ofisi ziyan görüb.
Aktual.az xəbər verir ki, bu barədə "Azadlıq Radiosu”nun rəhbəri Stiven Kapus məlumat yayıb.
"Partlayışlar ofisin yaxınlığına iki raketin düşməsi nəticəsində baş verib. Pəncərələr sınıb, avadanlıqlar zədələnib. Xəsarət alan olmayıb”, - Kapus bildirib.
Məlymata görə, zərbələr nəticəsində "Ukrainskaya Pravda” nəşrinin də ofisi zədələnib.
Xəbər 137 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR