Rusiya Kirillovun qisasını aldı - Korotçenko

Rusiya Kirillovun qisasını aldı - Korotçenko
  • DÜNYA

Rusiya qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisinə qarşı terror aktına cavab olaraq Rusiya Ukrayna Təhlükəsizlik Xidmətinin Kiyevdəki idarəetmə mərkəzinə zərbələr endirib.
Aktual.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib.
"Ukrayna Təhlükəsizlik Xidmətinin nəzarət məntəqəsinə zərbə təbii ki, Ukrayna xüsusi xidmətinin hazırladığı və general-leytenant Kirillovu öldürmək üçün həyata keçirilən əməliyyata cavabdır. Bu təcrübə düzgündür, beynəlxalq hüquq normalarına, ən əsası isə Rusiya vətəndaşlarının qisas tələblərinə uyğundur”, - o bildirib.
Qeyd edək ki, Rusiya ordusu Kiyev hakimiyyətinin Rostov vilayətinə hücumuna cavab olaraq Ukrayna Təhlükəsizlik Xidmətinin idarəetmə mərkəzinə, "Luç” konstruktor bürosuna və "Patriot” hava hücumundan müdafiə sisteminin mövqeyinə zərbələr endirib.
Xəbər 83 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR