​Rusiya İŞİD-in Suriyadakı 1600 obyektini məhv edib

​Rusiya İŞİD-in Suriyadakı 1600 obyektini məhv edib
  • DÜNYA

 Rusiya Hərbi-Kosmik Qüvvələri (HKQ) Suriyada əməliyyat başlayandan ötən bir ay ərzində "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) 1600-dən çox infrastruktur obyektini məhv edib.

Aktual.az "Reporta istinadən" xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-polkovnik Andrey Kartapolov məlumat verib.

"Rusiya aviaqrupunun Suriya Ərəb Respublikasında hərbi əməliyyatlara başlamasından bir ay ötdü və müəyyən yekunlar barədə danışmağın vaxtı çatıb. Ötən bir ay ərzində bizim təyyarələr 1391 hərbi uçuş edərək terrorçuların 1623 obyektini məhv edib", - deyə Kartapolov bildirib.

Onun sözlərinə görə, bura 249 müxtəlif idarəetmə məntəqəsi və rabitə qovşağı, terrorçuların hazırlanması üçün 51 düşərgə, terrorçuların əldəqayırma partlayıcı qurğu hazırladığı 35 zavod və emalatxana, 131 döyüş sursatı və yanacaq anbarı, həmçinin 371 dayaq məntəqəsi və istehkam mərkəzi, 786 səhra düşərgəsi və müxtəlif bazalar daxildir.

Aktual.az

Xəbər 339 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR