Rusiya İŞİD-in Suriyadakı 30-dək düşərgəsini məhv edib
Rusiyanın Hərbi-kosmik qüvvələri İŞİD terror təşkilatının Suriya ərazisindəki 29 düşərgəsini məhv edib.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat yayıb..
O bildirib ki, Rusiyanın "Su-24M" qırıcılarından açılan atış nəticəsində terror təşkilatının silah-sursat və ərzaq anbarı, minaatan artilleriya mövqeləri məhv edilib.
Xatırladaq ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi Rusiyanı Suriya müxalifətinə zərbələr endirməkdə ittiham edib.
Onun fikrincə, Rusiyanın hava zərbələrinin yalnız 10% İŞİD və Əl-Qaidəyə, geridə qalan zərbələr isə Suriya müxalifətinin mövqelərinə endirilib.\ölkə.az