Rusiya İrana S-300 kompleksləri göndərəcək

Rusiya İrana S-300 kompleksləri göndərəcək
  • DÜNYA

Rusiya yaxın zamanlarda İrana S-300 havadan müdafiə sistemlərini göndərmək niyyətindədir.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Əfqanıstan üzrə xüsüsi nümayəndəsi, XİN-in Asiya üzrə ikinci departamentinin rəhbəri Zamir Kabulov bildirib.

O deyib ki, komplekslərin təhvil verilməsi yaxın zamanda baş tutacaq.

Bundan öncə İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Hüseyn Dehqa S-300 komplekslərinin ilk partiyasının Rusiya tərəfindən göndərilməsinin 2016-cı ilin birinci rübündə baş tutacağını bəyan edib.

BMT 2010-cu ildə Moskvanın S-300 müasir yer-hava tipli raket sistemlərinin İrana satışını qadağan edib, ancaq 2015-ci ilin aprelində Tehran Qərblə ilkin nüvə razılaşması əldə edəndən sonra qadağa götürülüb.

Vaşinqton və İsrail bu məsələdə narahatlıqlarını ifadə edir və Rusiya-İran razılaşmasını kəskin pisləyir. Əsas narahatlıq ondan ibarətdir ki, İran S-300 raketlərini alarsa, Yaxın Şərqdə əməliyyat aparan təyyarələri çox asanlıqla vura bilər.

Xəbər 287 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR