Rusiya Irana S-300 raketlərini ixrac etməyə başladığını rəsmən açıqladı.
Aktual.az TASS agentliyinə istinadən xəbər verir ki, Rusiya baş nazirinin hərbi əməkdaşlıqla məsuliyyətli köməkçisi Vladimir Kojin İrana S-300 raketindən müdafiə sistemi ixracının başladığını bildirib.
Rusiya və İran noyabrın əvvəlində 5 ədəd S-300 raket batareyasının ixracına davam edilməsi üçün yeni bir müqavilə imzalamışdı.
Qeyd edək ki, S-300 dünyanın ən güclü müdafiə sistemlərindəndir.
Aktual.az