Moskva Rusiya xarici işlər naziri Sergey Lavrovun İran və Azərbaycan XİN rəhbərləri Məhəmməd Cavad Zərif və Elmar Məmmədyarovla görüşündə neft sahəsində koordinasiyanın müzakirə edilə biləcəyini istisna etmir.
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.
Onun sözlərinə görə, 3 XİN rəhbəri bir araya gələndə bağlı mövzu olmur: "Onlar bu görüşün iştirakçılarına maraqlı olan hər şeyi müzakirə edə bilərlər".