Rusiya Çinin ən böyük neft tədarükçüsüdür

Rusiya Çinin ən böyük neft tədarükçüsüdür

Rusiya 2018-ci ildə də Çinin ən böyük neft tədarükçüsü mövqeyini qoruyub saxlayıb.

Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, Rusiya ötən il 2017-ci illə müqayisədə 19,7 faiz artımla Çinə ümumilikdə 71,49 milyon ton neft satıb. Səudiyyə Ərəbistanı isə Çinin ən böyük ikinci neft tədarükçüsü olub.
Məlumata görə, dekabr ayında Rusiyadan ölkəyə gündəlik 1 milyon 658 min barrel neft idxal edilib. Son 3 ildə olduğu kimi Səudiyyə Ərəbistanı neft idxalında ikinci olmaqla dekabrda Çinə sutkalıq 1 milyon 640 min barrel neft ixrac edib.

Hesabat ayında İrandan Çinə neft idxalı sutkada 503,8 min barrel təşkil edib, ABŞ-dan isə neft idxal olunmayıb.
 
Aktual.az
Xəbər 538 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR