Rusiya ilə savaşa girsək... - Tiflisdən AB-yə xəbərdarlıq

Rusiya ilə savaşa girsək... - Tiflisdən AB-yə xəbərdarlıq

Gürcüstan Rusiya ilə hərbi qarşıdurmaya girsə, Avropa Birliyi (AB) zərər çəkəcək.
Aktual.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
"Biz sülhü sadəcə özümüz üçün deyil, həm də Avropa üçün qoruduq. Əgər indiki müxalifət hakimiyyətdə olsaydı, burada müharibə baş verərdi. Əlbəttə ki, ölkəmiz də dağılardı. Həmçinin Avropa Birliyi də zərər görərdi. Çünki yüklərin daşınması üçün AB-ni Asiya ilə birləşdirən yeganə və ən sürətli yol bağlanacaqdı”, - deyə o bildirib.
Xəbər 195 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR