"Rusiya ilə razılaşmaq niyyətində deyilik" - Ruhani


İranın Rusiya ilə yaxın münasibətləri Tehranın Moskvanın Suriya məsələsindəki bütün addımlarını dəstəkləməsi demək deyil.

AzVision.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bildirib.

“Bizim Rusiya ilə münasibətlərimiz yaxşı səviyyədədir, ölkələr arasında əməkdaşlıq var. Əlbəttə, bu, İranın Rusiyanın atdığı hər bir addımla razılaşması anlamına gəlmir”, - deyə, prezident bildirib.

İran prezidenti vurğulayıb ki, Tehran və Moskvanın yekun məqsədi Suriyada müharibənin dayandırılması və ölkədə normal həyatın qurulmasıdır ki, fevralın 27-də əldə olunan atəşkəs bu işə yardım etməlidir.

Xəbər 354 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR