Bakı – APA. “Rusiya-ABŞ münasibətlərini yenilənmə adlandırmaq olmaz. “Yenilənmə”ni Hillari Klintonla Barak Obama administrasiyası fikirləşiblər. Bunu biz icad etməmişik”.
APA-nın məlumatına görə, bunu “Bloomberg” telekanalına müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
ABŞ və Rusiya prezidentlərinin ara-sıra telefonla danışdıqlarını deyən diplomat iki ölkənin maraqların üst-üstə düşdüyü məsələlərdə əməkdaşlıq etdiyini bildirib. “Bunu yeni “yenilənmə” yox, daha çox normal münasibətlərə dönüş adlandırardım. Liderlər arasındakı təmaslar praqmatik xarakter daşıyır”, - deyə o vurğulayıb.
Lavrov onu da bildirib ki, Rusiya sanksiyalar şəraitində uzun müddət yaşamağa hazırdır.
Aktual.az