Rusiya ikinci sammitdə iştirakdan imtina etdi

Rusiya ikinci sammitdə iştirakdan imtina etdi

Rusiya Kiyevin Moskvanı dəvət etməyə hazırlaşdığı Ukrayna üzrə ikinci sülh sammitində iştirak etmək niyyətində deyil.
Aktual.az  xəbər verir ki, bu sözləri Rusiya XİN başçısının müavini Mixail Qaluzin deyib.
"Biz Kiyev rejiminin və onun Qərb kuratorlarının bu ilin iyun ayının ortalarında İsveçrənin Bürgenstok şəhərində baş tutmayan sülh sammiti üçün özlərini reabilitasiya etmək və oxşar tədbir keçirməyə çalışmaq niyyətlərindən xəbərdarıq”, – o bildirib.
O qeyd edib ki, Rusiya bu cür ultimatumları qəbul etmir və bu cür "zirvə görüşlərində” iştirak etmək fikrində deyil.
Qaluzin sülh konfransını "fırıldaqçılıq təzahürü” adlandırıb.
Xəbər 597 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR