Polşanın hava hücumundan müdafiəsi və radar kəşfiyyatı Ukraynaya hava hücumu xəbərdarlığı fonunda ən yüksək hazırlıq səviyyəsinə gətirilib, NATO təyyarələri də havaya qaldırılıb.
Aktual.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı sosial şəbəkələrdə məlumat yayıb.
Məlumata görə, tədbirlər Rusiyanın Ukraynanın qərbi də daxil olmaqla bir çox hədəflərinə edilən növbəti hücumu ilə əlaqədar görülüb.
Həmçinin bildirilir ki, Polşa və müttəfiqlərin təyyarələri Polşanın hava məkanının qorunmasında iştirak edir:
"Silahlı qüvvələrin əməliyyat komandanlığı mövcud vəziyyətə nəzarət edir, tabeliyində olan qüvvə və bölmələr dərhal cavab tədbirləri üçün tam hazır vəziyyətdədir".
Xəbər 94 dəfə oxunub.