Rusiya və Hindistanın yeni İl-214 hərbi nəqliyyat təyyarəsinin istehsalı ilə bağlı birgə layihəsi dondurulub.
Aktual.az axar.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında İlyuşina adına Aviasiya Kompleksinin baş direktoru Sergey Velmojkin söyləyib.
Onun sözlərinə görə, hazırda bu təyyarənin istehsalı ilə bağlı kompleksə heç bir sifariş daxil olmayıb. O, proyektin taleyinin bu ilin ilk yarısında bəlli olacağını bildirib.