Rusiyanın dövlət televiziyası olan “Rossiya 24” ölkə qoşunlarının Suriyadan çıxarılma marşrutları sırasında Azərbaycanı da göstərib.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, kanal dəqiq uçuş istiqamətlərinin məxfi olduğunu, bunun üçün ən rahat marşrutların isə İraq, İran və Azərbaycandan keçməklə mümkün ola biləcəyini qeyd edib.
Xatırladaq ki, Rusiyanın Suriyadakı hərbi qruplaşmasının şəxsi heyəti prezident Vladimir Putinin qərarından sonra vətənə dönmək üçün hazırlıqlara başlayıb. Putin qərarını martın 14-də axşam müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı elan edib.