Rusiya helikopteri qəzaya uğradı

Rusiya helikopteri qəzaya uğradı
  • DÜNYA


Rusiyanın Krasnoyarsk diyarı ərazisində "Mi-8" helikopteri qəzaya uğrayıb.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qəza zamanı ekipaj üzvləri ölüb, bəzi sərnişinlər isə sağ qalıb. Hadisə barədə müvafiq orqanlara məhz həmin sərnişinlər xəbər verib.

Helikopterdə ümumilikdə 26 nəfərin olduğu bildirilir. Olay yerinə axtarış-xilasetmə qrupları göndərilib.

Xəbər 279 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR