Rusiya Gürcüstan vətəndaşları üçün vizasız rejimi genişləndirib.
Aktual.az-ın yerli bürosu xəbər verir ki, bununla bağlı Prezident Vladimir Putin fərman imzalayıb.
Sənədə əsasən, artıq gürcülər Rusiyaya vizasız olaraq "iş fəaliyyəti məqsədi ilə və ya 90 gündən artıq müddətə” daxil ola, eləcə də təhsil almaq istəyənlər də bu imkandan yararlana bilərlər.
Qeyd edək ki, Rusiya 15 may 2023-cü ildən etibarən Gürcüstan vətəndaşları üçün vizasız rejimi ləğv etmişdi.
Xəbər 218 dəfə oxunub.