Rusiya Suriya prezidenti Bəşər Əsəd rejimini dəstəkləmir, lakin terror yaraqlıları ilə mübarizədə onunla birgədir.
Aktual.az azvision.az-a istinadən bildirir ki, bunu Rusiya Xairci İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Arqumentı i faktı" qəzetinə verdiyi müsahibəsində bidirib.
"Biz Əsəd rejimini dəstəkləmirik. Amma İŞİD-lə mübarizədə müxalifəti və kürdləri dəstəklədiyimiz kimi, onu da terrorizm ilə mübarizədə dəstəkləyirik", - Zaxarova qeyd edib.
Qurum rəsminin sözlərinə görə, Rusiya tərəfi ABŞ-ı Dəməşqə zərbələr endirməkdən yayındırmaq üçün hər şey edib.