Ölkə.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rusiyanın Nazirlər Kabineti Ermənistanla hərbi sazişi təsdiq edib.
Rusiya hökuməti Ermənistanla Qafqaz regionunda hava hücumundan birgə regional müdafiə sisteminin yaradılması haqqında sazişi təsdiq edib.
Qeyd edək ki, bu barədə müvafiq sənəd hüquqi informasiya portalında dərc edilib.